Satılır 2 otaqlı yeni tikili 117 m², Koroğlu m.
TƏCİLİ DƏYƏRİNDƏN UCUZ!
Baku City Residences Olimpik yaşayış kompleksində sizə təmirsiz, mükəmməl planlaşdırmaya malik mənzillər təqdim olunur.
Başlanğıc qiymət – **281.280 AZN (165.458 USD)**
Yeni və prestijli “Baku City Residences Olimpik” kompleksi Nizami rayonunda, Heydər Əliyev prospektində, ASAN Xidmətin arxasında yerləşir. 16 mərtəbəli premium binanın 8-cı mərtəbəsində yerləşən bu mənzil 117 m² ümumi sahəyə malikdir. Mənzil 2 otaqlıdır, lakin istəyə uyğun şəkildə 3 otağa çevrilə bilər. Sənədi müqavilə və maliyyə arayışıdır.
Mənzil geniş, işıqlı otaqları və xoş aurası ilə seçilir. Binada qaz, su və işıq daimidir. Kompleks müasir layihə prinsipləri və keyfiyyətli tikinti materialları ilə inşa olunub.
9 hektarlıq ərazidə salınan “Baku City Residences Olimpik” öz memarlıq üslubu, düşünülmüş infrastrukturu və şəhərin əsas magistrallarına rahat çıxışı ilə fərqlənir. Kompleksin yaxınlığında tədris müəssisələri, tibb ocaqları, “Bravo” hipermarketi, dövlət qurumları, biznes mərkəzləri, SOCAR, Mərkəzi Bank, Milli Gimnastika Arenası və Bakı Olimpiya Stadionu yerləşir.
Layihə həm yaşayış, həm də gələcək investisiya üçün ideal seçimdir. “Koroğlu” metrostansiyasına və əsas nəqliyyat qovşaqlarına yaxın yerləşməsi, sakinlər üçün həm rahatlıq, həm də vaxt qazandırır.
Satış sənədləri tam qaydasındadır. Əvvəlcədən xəbər verməklə mənzilə baxış keçirmək mümkündür.
Real alıcı üçün qiymətdə razılaşma imkanı vardır.
















































































































